Premyer Liqanın ən intizamsız komandası və futbolçusu məlum oldu

18:38 4 May 2015

“Neftçi” Premyer Liqanın turnir cədvəlində3-cü pillədə qərarlaşsa da vərəqə baxımından elita iştirakçılarının hamısını geridə qoyub.

 

SportArena.az xəbər verir ki, paytaxt klubunun futbolçuları cari mövsüm çempionat oyunlarında 93 sarı, 5 qırmızı vərəqə ilə cəzalanıb. Məhz bu mənada “ağ-qaralar” bütün rəqiblərini qabaqlayır. Görünür, komandada intizam məsələləri ya lazımınca tənzimlənmir, ya da bu məqama, ümumiyyətlə, fikir verilmir. 

 

Bu arada, “Neftçi”nin ən intizamsız futbolçusu Karlos Kardosodur. Braziliyalı 11 dəfə sarı vərəqə alıbsa, iki dəfə də komandasını azlıqda qoyub. İlk “üçlük”də Elvin Yunuszadə və Erik Ramos qərarlaşıb. Onların aktivində müvafiq olaraq, 10 və 9 sarı vərəqə var. 

"Futbol plus" qəzeti


Digər xəbərlər

Xəbər xətti