Dünən "Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov və klubun tərcüməçisi Elvar Quliyev Bakıdakı xəstəxanaların birində tibbi müayinədən keçib.
SportArena.az xəbər verir ki, onlara Ebola qarşı sonuncu – 7-ci iynə vurulub.
Həkimlər cənublu rəsmilərə bildirib ki, Afrikaya yalnız 10 gündən sonra gedə bilərlər.
Ən axırıncı iynənin insan bədəninə təsiri yalnız bu müddətdə "işləyir". Odu ki, "ağ-yaşıllar" səfər üçün aldığı təyyarə biletlərini geri qaytarıb. Mali və Qanada futbolçu seçəcək cütlük mayın 15-16-sı aralığında hava limanına yollanacaq.