Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə Köln şəhərində məşqçilər üçün kurs keçirilir.
SportArena.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, DFB-nin dəvətinə əsasən, Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə kursda iştirak edir. Kurs mayın 10-da başa çatacaq.