AÇIQLAMA "Dramatik şəkildə qələbə qazanmaq istəyirdim ki, insanlar əzab çəksinlər"

12:18 5 May 2015

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson Floyd Meyvezer (ABŞ) - Menni Pakiao (Filippin) duelini tənqid edib. SportArena.az xəbər verir ki, mayın 2-də Las-Veqasda baş tutan görüşlə bağlı Tayson bunları deyib:

 

"Ola bilər neandertalam. Ancaq mən rinqdə vuruşduğum vaxtlarda rəqibimi öldürmək istəyirdim. Mən əsil qatiləm. Dramatik şəkildə qələbə qazanmaq istəyirdim ki, insanlar əzab çəksinlər. Onlar yeni versiya yaradıblar, biri yaxşı, digəri pis oğlan və bu versiyanı satdılar. Hazırda boks keçmiş illərdən çox fərqlənir. Bu uşaqlar çox güman biznesmendirlər".

Qeyd edək ki, Floyd Meyvezer - Menni Pakiao döyüşündə amerikalı çempion qalib olub.


Digər xəbərlər

Xəbər xətti