"Böyükağa Hacıyev: “Xaqani, sənin kimi murdar, şərəfsiz, yalançı, rüşvətxor adam görməmişəm”

14:51 5 May 2015

HK-nin sədri X.Məmmədovla referi Anar Salmanov hələ də bir-birinə qarşı ittiham səsləndirməkdən yorulmayıblar.

 

SportArena.az xəbər verir ki, təcrübəli FİFA referisi Xaqani Məmmədovu hakimliyin inkişafına zərbə vurmaqda, Məmmədov isə Salmanovu rüşvət almaqda ittiham edirlər. Durumun son həddə çatmasına səbəb isə bu olub ki, Məmmədov Ramin Musayevə bildirib ki, Anar Salmanov “Neftçi” - “Qarabağ” oyununda verdiyi penaltiyə görə, “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyevdən rüşvət alıb. O, iddia edib ki, Hacıyev Salmanova 10 min dollar borclu qalıb. Bunu eşidən Anar Salmanov Böyükağa Hacıyevlə birlikdə AFFA-ya gəlib. Xaqani Məmmədovun otağında tərəflərin üzləşməsi keçirilib. Bu barədə məlumatı “İnteraz” telekanalında yayımlanan “Arena” verilişinin çəkilişi zamanı Anar Salmanov özü verib. Həmin vaxt Xaqani Məmmədovun otağında Əliyar Ağayev, Yaşar Abbasov, Nizami Şərifov və Elçin Məmmədov da olub.

Daha sonra Hacıyev Xaqani Məmmədovu böhtan atmaqda ittiham edib. “Neftçi”nin keçmiş baş məşqçisi Hakimlər Komitəsinin sədrini təhqir edərək ona “Xaqani, sənin kimi murdar, şərəfsiz, yalançı, rüşvətxor adam görməmişəm” deyib.

Qeyd edək ki, “Arena” verilişi sabah saat 20:00-da efirə gedəcək.


Digər xəbərlər

Xəbər xətti