"Bavariya"nın qapıçısı Manuel Noyer "Barselona"ya qarşı Çempionlar Liqasının yarımfinalında keçiriləcək ilk matç öncəsi iddialı açıqlama verib:
"Messinin uğurlarına hörmət edirəm. Ancaq biz meydanda kimin daha güclü olduğunu göstərəcəyik. Almaniya millisi ilə dünya çempionatının finalında Argentinaya qarşı matçda yaxşı çalışaraq onlardan üstün olduğumuzu sübut etmişdik".
M.Noyer bildirib ki, Kataloniya klubu ilə çətin oyunlar onları gözləyir : "İki mövsüm öncə "Barselona"ya iki matçın nəticəsinə əsasən 7:0 hesabı ilə qalib gəlmişdik. Ancaq indi bəzi şeylər dəyişib".
Qeyd edək ki, Noyer və Messi "DÇ-2014"ün finalından sonra ilk dəfə üz-üzə gələcəklər.
Əlavə edək ki, "Barselona" - "Bavariya" oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.