"Çelsi" yenə elçi düşür: Bu dəfə "İnter"in forvardı Mauro İkardiyə

15:48 5 May 2015

"İnter"in forvardı Mauro İkardi "Çelsi"nin maraq dairəsinə düşüb.

SportArea.az xəbər verir ki, "neradzurrilər" İkardi ilə müqavilə müddətinin uzadılması ilə bağlı gedən danışıqları dayandırıblar. Buna "Çelsi"nin argentinalı futbolçu ilə yaxından maraqlanması səbəb olub.

Yazılanlara inansaq, "zadəganlar" hücumçuya görə qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdılar.

İkardi cari mövsümdə 23 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti