AÇIQLAMA "Neftçi" "Ağ şəhər"in hesabına ağ günə çıxmaq istəyir

18:17 5 May 2015

"Neftçi"nin Bakı şəhəri, Nobel prospektində yerləşən bazası köçürüləcək. Bu barədə klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.

 

 

SportArena.az xəbər verir ki, onun sözlərinə görə, səbəb bazanın yerləşdiyi ərazinin plana düşməsidi:

"Burda "Ağ şəhər" salınır. Gec-tez biz bu ərazini "Ağ şəhər"ə verməliyik. İki-üç ilə burdan köçməliyik. Ona görə də yaxşı şəraiti olan bir yerə köçməliyik ki, həm oynayaq, həm də məşq edək".

Abdullayev bildirib ki, "Neftçi"nin bazasından fərqli olaraq, AFFA-nın mənzil-qərargahı plana düşməyib:

"AFFA bir binadı. Amma bizim bazada ərazi çoxdu. Burda evlər tikilməlidi. Bu günə mənim məlumatım var ki, AFFA qalır, amma "Neftçi" gec-tez burdan köçməlidi".

Müşahidə Şurasının sədri İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məskunlaşmaq istədiklərini bildirib. O, ev oyunlarını Bakı Olimpiya stadionunda keçirmək niyyətlərində olduqlarını da bəyan edib:

"Əsas bazanı biz "İsmət Qayıbov"da tikirik. Gələn kimi dedim ki, Bakı Olimpiya stadionunu SOCAR tikir və bəlkə oranı bizə verərlər. Çünki Azərbaycanın ən gözəl, ən tanınmış klubu "Neftçi"di. Rövnəq müəllim dedi ki, "Bakcell Arena"nı doldurun, sonra baxarıq. Düz deyir, çünki 11 minlik tribunanı doldura bilmirik. Amma kubokun finalında çox adam gəlir. İstərdik ki, "İsmət Qayıbov"a köçək. Hazırda bizdə bazada vəziyyət ağırdı. Bu səbəbdən buranı köçürmək istəyirik. Fikirləşirik, necə edək və hara köçək ki, baza və stadion bir yerdə olsun". report


Digər xəbərlər

Xəbər xətti