Pərviz Abdullayev İtaliyada nokautla qalib gəldi.
İnterAz-ın verdiyi məlumata görə, mayın 2-də İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli döyüş “Kunlun Fight Series” turnirinin döyüşləri keçirilib. Turnirdə “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev ölkəmizi təmsil edib. İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popescu ilə üz-üzə gəlib və 2 dəqiqəyə rəqibinə nokautla qalib gəlib. Kikboks üzrə beş qat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi 41 doyüşündə 38-ci dəfə qalib gəlməklə, artıq 13-cü dəfə rəqibini nokautla məğlub etdi.
Onu da bildirək, bu turnirdə Kobra erməni idmançı ilə qarşılaşacaqdı, lakin rəqib idmançı turnirdə iştirak etməkdən qorxaraq, imtina edib.