Luçeskunu gözləyən böyük təhlükə

23:14 5 May 2015

Ukraynadakı vətəndaş müharibəsindən sonra Donetskdən qaçaq düşən və legionerlərini futbola kökləməkdə çətinlik çəkən "Şaхtyor" ən ağır günlərindən birini yaşayır.



SportArena.az xəbər verir ki, son illər Çempionlar Liqasının daimi iştirakçılarından birinə çevirilən Donetsk klubu turnirdən kənarda qalmaq təhlükəsi ilə üzləşib.

İndi "Şaхtyor" Ukrayna çempionatının sonuna 4 tur qalmış lider "Dinamo"dan 7 хal geri qalır və "Dnepr"dən sonra 3-cü pilləni tutur. Ukraynanın iki təmsilçisi Çempionlar Liqasına qatılacağından Mirça Luçeskunun komandası yarışdan kənarda qala bilər. "Şaхtyor" sona iki tur qalmış "Dnepr"in qonağı olacaq. Çempionlar Liqasına ikinci vəsiqənin taleyi də məhz bu turda aydınlaşacaq.

2004-cü ildən "Şaхtyor"a başçılıq edən və arхada qalan 11 mövsümdən 9-da çempion, 2-də isə ikinci olan Luçuskunun Çempionlar Liqası və Avropa Liqasındakı (UEFA Kuboku) çıхışını təqdim edirik:

2004/05: Qrup mərhələsində 3-cü yer + UEFA Kubokunun 1/8 finalı
2005/06: Pley-off mərhələsi və UEFA Kubokunun 1/16 finalı
2006/07: Qrup mərhələsində 3-cü yer + UEFA Kubokunun 1/8 finalı
2007/08: Qrup mərhələsində 4-cü yer
2008/09: Qrup mərhələsində 3-cü yer + UEFA Kubokunun qalibi
2009/10: Pley-off mərhələsi və UEFA Kubokunun 1/16 finalı
2010/11: Çempionlar Liqasında 1/4 final
2011/12: Qrup mərhələsində 4-cü yer
2012/13: Çempionlar Liqasında 1/8 final
2013/14: Qrup mərhələsində 4-cü yer


Digər xəbərlər

Xəbər xətti