"Real Madrid"in Çempionlar Liqasının yarımfinalında "Yuventus"məğlubiyyəti portuqaliyalı futbolçu Kristiano Ronaldo üçün əlamətdar olub.
SportArena.az xəbər verir ki, portuqaliyalı görüşün 27-ci dəqiqəsində komandasının bərabərlik qolunu vurmaqla sözügedən turnirdə qollarının sayını 76-ya çatdırıb. Bununla da, Ronaldo əzəli rəqibi "Barselona"lı Leonel Messini geridə qoymaqla bombardirlər siyahısında liderliyi ələ keçirib.