Ardıcıl ikinci çempionluğuna yaxın olan “Qarabağ” mövsüm başa çatmamış transfer çalışmalarına start verib. SportArena.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətinə qatmaq istədiyi futbolçulardan birini adı artıq məlumdu.
Baş məşqçi Qurban Qurbanov əcnəbi futbolçuların transferindən öncə bəyəndiyi yerli oyunçuların keçidinin həll olunmasını istəyib. 43 yaşlı çalışdırıcının ixtiyarında görmək istədiyi “İnter”in gənc müdafiəçisi Azər Salahlı ilə danışıqlar müsbət nəticələnib.
Müdafiənin sol cinahında Ansi Aqolli ilə rəqabət aparmaq üçün transfer edilən Tərlan Quliyevin çıxışı məşqçilər korpusunu razı salmır. Bu səbəbdən Qurban Qurbanov boşluğu Azər Salahlı ilə doldurmaq istəyib.