"Xəzər Lənkəran”ın sabiq baş çalışdırıcısı Mirça Rednik Rumıniyanın"Petrolul” klubundan ayrılıb.
SportArena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. "Petrolul"u mövsümün sonuna qədər Rednikin köməkçisi Valentin Sinesku çalışdıracaq.
Qeyd edək ki, Rednik 2010/11 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırıb. Rednik mövsümün əvvəlindən isə Rumın təmsilçisinin uğurları üçün çalışırdı.