Lənkəranda Təhsil Nazirliyinin və Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 1-ci Avropa Oyunlarına həsr olunan Çimərlik Futbolu üzrə Zona Birinciliyinə start verilib.
SportArena.az-ın "Region TV-yə istinadən verdiyi xəbərə görə, Zona Birinciliyində, Lənkəran, Masallı, Astara və Cəlilabad rayonlarından ümumilikdə 6 komanda mübarizə aparır.
3 gün davam edəcək yarışın keçirilməsində məqsəd 1-ci Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etməklə yanaşı, onları sağlam həyat tərzinə cəlb etməkdir. Yeniyetmə idmançıların yarışı beynəlxalq qaydalara əsasən keçirilir.
Sonda fərqlənən komandalar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunacaq.