Son günlər yayılan xəbərlərə görə, "Neftçi"nin hücumçusu Kanales paytaxt klubundan ayrılıb.
SportArena.az olaraq, “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxlayıb, məsələ haqqında soruşduq:
Bu xəbər həqiqəti əks etdirmir. Kanales "Neftçi"dən ayrılmayıb və o komandanın son məşqində də iştirak edib".