Bu gün daha bir klubumuz yayda təlim-məşq toplanışı keçəcəyi ünvanı müəyyənləşdirib. Bu barədə SportArena.az-a Ağdam klubundan məlumat verilib.
Belə ki, çempionluğa yaxın olan "Qarabağ" komandası gözlənildiyi kimi, Türkiyəyə yox, Avstriyaya üz tutacaq. Klub rəhbərliyi artıq Avstriyada təlim-məşq toplanışı keçmək üçün danışıqlara başlayıb.