"İnterAz" televiziyasında yayımlanan "Arena" verilişinin son buraxılışında Hakimlər Komitəsi və hakimlik haqqında maraqlı açıqlamalar verilib.
SportArena.az xəbər verir ki, verilişin qonaqları arasında olan Anar Salmanov HK-si haqqında bunları deyib:
"Sizin verilişdə Babək Quliyevin danışdıqları 99%-i düzdür. HK müstəqil qurumdur. Amma onlar PFL-in təsiri ilə hərəkət edirlər. Mən bəzi xəbərlərdə görürəm ki, azarkeşlər hakimliklə bağlı məsələlərdə Elxan Məmmədovu günahlandırırlar. Amma sizi inandırım ki, Elxan Məmmədovun HK-nə əli çatmır. Hakimliyin inkişafından danışırlar. Amma bu gün bizim hansı hakimimiz UEFA və ya ÇL-da oyun idarə edir. Mən belə oyunlara təyinat alanda, bunu öz zəhmətimlə etdim. Mənim Orxan Məmmədov kimi "day-day"ım yoxdur ki, belə qısa zamanda bu qədər "irəli" gəlim".