AÇIQLAMA Türkiyə klubu azərbaycanlı futbolçuya türk pasportu alır

22:03 6 May 2015

Son günlər yayılan xəbərlərə görə, "Qəbələ" klubunun sabiq qapıçısı Elnar Kərimov Türkiyə vətəndaşlığını alır. Buna səbəb "Sərhat Ardahanspor"un klub rəhbərliyi onu heyətində görmək istəməsidir. Belə ki, "Sərhat Ardahanspor" 2-ci liqaya vəsiqə qazanıb ki, bu da xarici futbolçuların meydana çıxmasına imkan vermir.

 

SportArena.az-a danışan Elnar Kərimov da bu məsələnin doğru olduğunu bildirdi:

 

"Komandamız 2-ci dəstəyə vəsiqə qazandı. Bu halda da mən meydana çıxa bilmərəm. Çünki, bu liqada xarici futbolçunun oynaması yasaqdır. "Sərhat Ardahanspor" rəhbərliyi məni komandada saxlamaq məqsədi ilə bəzi addımlar atmaq istəyir. Ona gördə də Türkiyə pasportu almaq yönündə işlərə start verilə bilər. Əgər vətəndaşlıq alsam, yerli futbolçu kimi oynaya bilərəm".

 

Qeyd edək ki, "Sərhat Ardahanspor" bütün oyunlarında 90 dəqiqə meydanda can qoyan Elnar həmin liqada ən uğurlu qapıçı adını da aldı. Belə bir qapıçını yerli klublarımız niyə heyətinə qatmaması hələdə qaranlıq olaraq qalır.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti