Xəbər verdiyimiz kimi, "Bakı"nın futbolçusu Nurlan Novruzov “İsveçin “Hammarbü” klubuna keçməyə çox yaxındır.
SportArena.az olaraq, hücumçu ilə əlaqə saxlayıb, məsələ haqqında danışdıq:
Hal-hazırda “Hammarbü” ilə danışıqlar davam edir. Onlar məni öz komandalarına qatmaq istəyirlər. Hazırda türk klublarından və yerlilərdən məni istəyən var. Amma PTT-də çıxış etmək istəmirəm. Super Liqa olsaydı, düşünmək olardı. Məncə, “Hammarbü”yə keçsəm, mənimçün də uğurlu ola bilər. Özüm də xarici çempionatda çıxış etmək istəyirəm".
Cavid ƏHMƏDOĞLU