"Qəbələ" aparıcı futbolçusunu 2 il də saxladı: "Qarşıdakı günlərdə müqaviləyə imza atacağam"

22:41 6 May 2015

Xəbər verdiyimiz kimi, “Qəbələ”nin futbolçusu Cavid Hüseynovun hazırkı klubu ilə bu mövsümün sonunda müqavilə müddəti başa çatır.

 

SportArena.az xəbər verir ki, Cavid qarşıdakı iki ili də "Qəbələ"də keçirəcək. Bunu saytımıza açıqlamasında Hüseynov özü bildirib:

 

"Növbəti iki ili də "Qəbələ" keçirəcəyəm. Bununla bağlı klub rəhbərliyi ilə ilkin razılığımız olub. Qarşıdakı günlərdə müqaviləyə imza atacağam".


Digər xəbərlər

Xəbər xətti