Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" növbəti tur öz meydanında "Qarabağ"ı qəbul edəcək.
SportArena.az olaraq, "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevlə əlaqə saxlayıb, bu matç haqqında soruşduq:
"Bizim üçün rahat oyun olmur, xüsusi ilə də, gəncləşdirmə siyasətindən sonra hər bir oyunumuz ağır olur. Buna baxmayaraq "Qarabağ"la evdə oynayırıq, çalışacağıq ki, ən azından layiqli oyun göstərək".