Premyer Liqa: 33-cü tur rəqəmlərin gözü ilə

00:24 7 May 2015

Sabah Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları keçiriləcək.

 

SportArena.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iki gün davam edəcək turda “Simurq” istirahət edəcək.

İki paytaxt derbisinin baş tutacağı turun mərkəzi oyununda “Neftçi” və “İnter” üz-üzə gələcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı isə üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansını təqdim edir.

 


8 may (cümə)

33-cü tur


161. “Xəzər Lənkəran” – “Qarabağ” - 31 oyun, +12=4-15, top fərqi 36:35

“Qarabağ” son 3 oyunda minimal hesabla qalib gəlib. Ağdamlılar son 4 görüşdə meydanı qolsuz tərk etməyib. Rəqiblər artıq 11 oyundur heç-heçə etmir. “Xəzər Lənkəran” son 2 ev oyununda 2 qol vurub.


162. “Sumqayıt” – “Qəbələ” - 11 oyun, +1=1-9, top fərqi 8:25

Sumqayıtlılarla qarşılaşmalarda böyük üstünlüyə malik “Qəbələ” əvvəlki oyunların hamısında qol vurmağı bacarıb. “Gənclik şəhəri” təmsilçisi indiyədək son 6 matçda 1 xal qazanıb.

 
163. “İnter” – “Neftçi” – 42 oyun, +10=13-19, top fərqi 40:61

“Neftçi” əvvəlki oyunlarda böyük üstünlüyə malik olsa da, son 6 qarşılaşmada qalib gəlməyib. “İnter” son 3 ev oyununda qalib gəlib. Lakin son 5 ildə səfərdə uduzduğu qarşılaşmalarda da qol sevinci yaşayan “Neftçi” 10 matçda meydanı qolsuz tərk etməyib.


 

9 may (şənbə)

165. “Bakı” – AZAL – 25 oyun, +10=5-10, top fərqi 23:24

26-cı paytaxt derbisi öncəsi komandalar eyni sayda qələbə qazansa da, AZAL top fərqində üstünlüyə malikdir. “Bakı” son 2 qarşılaşmada məğlub olub. Lakin paytaxtın eyniadlı təmsilçisi son 4 ev oyununda meydanı qolsuz tərk etməyib.


Digər xəbərlər

Xəbər xətti