RƏSMİ AÇIQLAMA Məşhur xanım idmançı orduya yazıldı

01:20 7 May 2015

Rusiyanın tanınmış idmançısı Yelena İsinbayeva Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün beş illik müqavilə imzalayıb.

 

SportArena.az xəbər verir ki, bunu ÇSKA-nın (MOİK) nümayəndəsi Sergey Vlasov söyləyib. Onun sözlərinə görə, Yelena İsinbayevanın əmri Rusiyanın müdafiə naziri tərəfindən imzalanıb:

 

“Müqavilənin imzalanması ilə bağlı əmr Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu tərəfindən imzalanıb. Bu əmrlə də kapitan İsinbayeva Mərkəzi Ordu idman Klubunun yüngül atletika üzrə hərbi təlimatçı vəzifəsinə təyin edilib”.


Digər xəbərlər

Xəbər xətti