Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran”ın gənc hücumçusu Ağabala Ramazanov türk və yerli klubların diqqət mərkəzindədir. Bunu saytımıza açıqlamasında gənc futbolçu özü də təsdiqlədi.
SportArena.az Ramazanovun dediklərini sizə təqdim edir:
"Yayılan xəbərlər doğrudur. PTT klublarından və yerlilərdən təklif gəlib. Amma mən hələ ki, heç bir klubla danışıq aparmıram. Hələ ki, "Xəzər Lənkəran"ın futbolçusuyam və qarşıdakı oyunlar haqqında düşünürəm".