Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində “Barselona”nın qonağı olan “Bavariya” 0:3 hesabı ilə uduzub. Matçdan sonra Qvardiola fikirlərini bölüşərkən bunları deyib:
“İlk qoldan sonra oyuna nəzarəti əldən buraxdıq. Üçüncü qol, ümumiyyətlə, artıq oldu. “Barselona” Messi deməkdi. Rəqibimiz hazırda əla formadadı. Hesab açılana qədər yaxşı futbol göstərdik. Amma sonra nəzarət əldən çıxdı”.