Luis Enrike: “Barselona” hərtərəfli rəqibini üstələdi"

07:43 7 May 2015

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Barselona” doğma meydanda “Bavariya”ya 3:0 hesabı ilə qalib gəlib.
 
 
Sportarena.az xəbər verir ki, kataloniyalılarn baş məşqçi Luis Enrike qarşılaşmadan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:
 
 
“Bu nəticə bizi finala bir qədər də yaxınlaşdırdı. Burda qazandığımız qələbənin davamını cavab oyununda da gətirmək lazımdır. “Bavariya”ya qarşı necə oynamaq lazım gəldiyini bilirdik. Mən komandamın oyunundan həzz aldım.
 
“Bavariya”nın qapımız qarşısında bir təhlükəli epizod yaratdığını belə xatırlamıram. Məgər Levandovskidə belə bir fürsət oldu? Açığı, “Barselona” hərtərəfli rəqibini üstələdi.  Noyer komandasını xilas etməsəydi, onlara böyük hesabla qalib gələ bilərdik”


Digər xəbərlər

Xəbər xətti