Çempionlar Liqasının ən məhsuldar futbolçularının siyahısında lider yenidən dəyişib.
Sportarena.az xəbər verir ki, qitənin nüfuzlu turnirin yarımfinalında "Bavariya" ilə oyunda dubl edən "Barselona"nın hücumçusu Lionel Messi siyahıda hər kəsi qabaqlayıb.
Bu oyuna qədər aktivində 75 qol olan argentinalı futbolçu "Bavariya" ilə görüşdən sonra qollarının sayını 77-yə çatdırıb. Bununla da, Messi "Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldonu geridə qoyaraq liderliyə yüksəlib. Ronaldo Çempionlar Liqasında vurduğu 76 qolla ikinci pillədə qərarlaşıb.