“Atletiko” klubunun baş məşqçisi Dieqo Simone maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis ötən günlərdə Madrid təmsilçisiylə müqavilə müddətini 2020-ci ilə qədər artırıb. Lakin təcürbəli mütəxəssis nə vaxtsa futbolçu kimi çıxış etdiyi İtaliyanın “Latsio” klubuna başçılıq edəcəyini gizlətməyib:
“Rimdə çox dostum var. Əminəm ki, nə vaxtsa “Latsio”da baş məşqçi işləyəcəyəm. Bir gün gələcək ki, oynadığım komandaya başçılıq edirəm. “Atletiko”ya qayıdandan sonra gücümü qoydum ki, komandanı irəli aparım. Ardıcıl ikinci ildir ki, komanda çempionluq uğrunda mübarizə aparır. Bundan yaxşı nə nəticə ola bilər ki?”
Qeyd edək ki, Dieqo Simone futbolçu kimi 1999-2003-cü illərdə İtaliyada “Latsio” klubunun şərəfini qoruyub.