"Hayduk”un və Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanovun Azərbaycana dönməsi haqqında sizə məlumat vermişdik.
SportArena.az olaraq, bu səfərin hansı məqsəd daşıdığını öyrənmək üçün, Qurbanovla əlaqə saxlayıb, fikirlərini öyrəndik:
“Pasportumun vaxtı bitdiyi üçün, onu yeniləməyə gəlmişdim. Artıq Xorvatiyaya dönmüşəm. Bakıda olanda "Neftçi"nin bazasına gedərək, komanda üzvləri ilə görüşdüm. Hələlik "Neftçi"də və ya başqa yerli klublarda çıxış etmək istmərimər. Çünki, məqsədim xarici çempionatlarda çıxış etməkdir. Hal-hazırda bəzi təkliflər var. Mövsümün sonunda hər şey dəqiqləşəcək".