FOTO Qadın güləşçilərimiz Avropa Oyunlarına hazırlığı Kiyevdə davam etdirir

13:55 7 May 2015

Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Kiyevdə davam etdirir. 



Mayın 6-dan etibarən güləşçilərimiz Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb.  Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev, gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 14 güləşçi cəlb olunub. 

Türkan Nəsirova (44 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan, Leyla Qurbanova, Solmaz Həşimzadə (hamısı 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq), Səbirə Əliyeva və Gözəl Zutovanın (hər ikisi 75 kq) iştirak etdiyi təlim-məşq toplanışı mayın 20-dək davam edəcək.
 

Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 


Digər xəbərlər

Xəbər xətti