FOTO Avropa Oyunlarının məşəli İmişlidə

15:04 7 May 2015

Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib. Şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.

 

SportArena.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.

Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd Abıyev məşəli qəbul edib. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev parkına gəliblər.

Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayəblar. Burada quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli alovlandırılıb.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Əlbəyaxa döyüş idman növü üzrə Avropa çempionu Qadir Cəfərov Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.


Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salınıb.


Digər xəbərlər

Xəbər xətti