Dünyanın ən məşhur klublarından biri olan "Arsenal" “Qara qitə”dən olan iş adamının maraq dairəsinə düşüb.
SportArena.az xəbər verir ki, nigeriyalı Aliko Danqote ingilis klubunu almaq istəyir. Şəхsi sərvəti 15,7 milyard avro olan iş adamı ciddi bir təkliflə "Arsenal"ı satın almağı planlaşdırdığını deyib.
Qeyd edək ki, hazırda "Arsenal"ın səhmlərinin 67 faizi amerikalı Stan Kroenkeyə məхsusdur.