La Liqa: Eddi İsrafilov yüngül məşqlərə başladı

16:37 7 May 2015

Millimizin və İspaniyanın "Qranada" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov böyük ehtimalla mövsümün qalan hissəsində meydana çıxmayacaq. SportArena.az xəbər verir ki, millimizin üzvü artıq yüngül məşqlərə başlayıb.

 

Hələlik, komandadan ayrı çalışan futbolçu topsuz məşq edir və daha çox qaçışla kifayətlənir. Bu isə onun mövsümün son turlarında meydana çıxmayacağından xəbər verir.

Qeyd edək ki, millinin baş məşqçisi Robert Prosineçki də zədəli olduğu üçün oynamayan İsrafilovu əsas komandamıza dəvət etməyəcəyini bəyan edib.


Digər xəbərlər

Xəbər xətti