İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb.
SportArena.az xəbər verir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı UEFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə UEFA-nın baş katibinin müavini Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.