Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Barselona"ya uduzan "Bavariya"nın futbolçusu Tomas Müller sözügedən qarşılaşmanın sonlarına yaxın əvəzlənməsinə etiraz edib.
Təcrübəli futbolçu meydandan çıxarkən komandanın baş məşqçisi Pep Qvardiolaya etirazını bildirib. Müller 79-cu dəqiqədə, hesab "Barsa"nın 1:0 xeyrinə olarkən əvəzlənib, daha sonra ev sahibi komanda daha iki dəfə fərqlənərək qələbə qazanıb.
Qvardiolanın Müllerin bu hərəkətinə görə ona cəza verib-verməyəcəyi maraqla gözlənilir.