FOTOLAR Onun ayaqqabısı ilə Bakıda gəzsəniz, sizi döyərlər

23:28 7 May 2015

Yayda Dani Alveşin “Barselona” ilə müqaviləsi başa çatır. Sözsüz ki, Alveş “Barsa” üçün vacib oyunçudur. Onun meydanda sərgilədiyi oyunu “qeyri-adi” kimi xarakterizə edə bilərik. Hələ ki, futbolçu ilə klub rəhbərliyi arasında danışıqlar gedir. Kimisi Alveşin “Barsa”da qalacağını, kimisi isə gedəcəyini iddia edir.

 

Amma bütün bu qeyri-müəyyənlik Alveşin tərzinə təsir etmir. Həm meydandakı, həm də meydandankənar tərzinə. O, yenə də meydanda var gücünü sərf edir. O, meydandan kənarda da qeyri-adidir: hərəkətləri, geyim tərzilə. Braziliyalının geyim tərzi həmişə azarkeşlərin müzakirə mövzusu olub. Kimisi onun tərzini bəyənib, kimisə də dodaq büzüb. Alveş isə heç nəyə fikir verməyib, “mən buyam” deyərək, öz tərzini qoruyub.

SportArena.az publika-ya istinadən xəbər verir ki, bu yaxınlarda ekstravaqant braziliyalı doğum gününü qeyd edib. O, yaxınlarının əhatəsində qeyd etdiyi tədbirə qeyri-adi geyim tərzində gəlib. Həmişə olduğu kimi. Qırmızı pencək, idman şortiki, qeyri-adi eynək və ayaqqabı. Onun geyindiyi ayaqqabı ilə Bakıda gəzsəydiniz, sizi yumruqlayardılar.

 

Bilirsiniz bu geyimlərə Alveş nə qədər pul xərcləyib? Güman ki, “çox pul xərcləyər” deyəcəksiz. Amma dedik axı, Alveş istədiyi kimi geyinir. Ancaq hökmən deyil ki, onun istədikləri baha olsun. Vallah, bəlkə də bizim futbolçular belə ucuz qiymətə özlərinə nə eynək, nə də pencək almazlar... Baxmayaraq ki, Alveş bizim futbolçuların hamısını elə bu ucuz pencəyinin cibində “gəzdirər”. Təbii ki, futbolçu keyfiyyətlərinə görə. Alveş ad günündə geyim tərzinə cəmisi 1467 manat xərcləyib.

 

Eynək - 330 manat

“Baboçka” - 12 manat

Pencək - 500 manat

Şortik - 75 manat

Ayaqqabı - 550 manat


Digər xəbərlər

Xəbər xətti