“Hayduk”un və Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanov və onun həyat yoldaşı Elnarə Qurbanova “Naprid” jurnalına danışıb:
SportArena.az xəbər verir ki, azərbaycanlı cütlük bunları deyib:
Ruslan Qurbanov: “Hayduk”a təzə gələndə insiativi öz üzərimə götürə bilmirdim. Özümü göstərmək imkanım olanda zədələndim, əzələm dartıldı. Amma daha zədələr geridə qalıb və tam hazıram. “Hayduk”da qalmaq istərdim. Mən buranı tramplin kimi görürəm. “Hayduk”da özümü göstərməklə, Avropanın daha güclü çempionatlarına yolum açıla bilər".
Elnarə Qurbanova: “Əgər hər şey istədiyimiz kimi getsə, “Hayduk”da qalası olsam, Splitdə ev alacam. Bakıda evimiz var, istəyirəm ki, Splitdə də olsun. Açığı, bura təzə gələndə nə mən, nə də yoldaşım Splitin bu cür gözəl şəhər olduğunu düşünürdük. Görəndən sonra yaxşı mənada təəccübləndik. “Hayduk”da qalsam, yoldaşım və qızım üçün illik viza alacam”.