AÇIQLAMA "Həm mən, həm də bütün ukraynalı futbolçular Azərbaycan həyatına tam uyğunlaşıblar"

15:48 8 May 2015

“Qəbələ”nin təcrübəli çalışdırıcısı Roman Qriqorçuk Ukraynanın “Sport-Express” qəzetinə danışarkən maraqlı məsələlərə toxunub.

 

SportArena.az xəbər verir ki, Qriqorçuk hazırkı komandasına uyğunlaşma və Azərbaycan futbolo haqqında bunları deyib:

 

“Qəbələ” ilə müqavilə bağlamamışdan əvvəl təbii ki, Azərbaycan çempionatının səviyyəsi ilə maraqlanmışdım. Komandaların taktiki özəllikləri haqda məlumat toplamışdım. Ancaq hər ölkənin öz nüansları var. Bura ilk növbədə, mədəniyyət və mentalilet aiddi. Ölkənin yerli özəlliklərinə uyğunlaşmaq baxımından vaxta ehtiyacım var idi. Elə bir çətinliklə üzləşmədim. Fikrimcə, həm mən, həm də bütün ukraynalı futbolçular Azərbaycan həyatına tam uyğunlaşıblar".


Digər xəbərlər

Xəbər xətti