Topaz Premyer Liqasının XXXIII turunda keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” oyunu 1-1 hesabı ilə başa çatdı.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Qəbələ” ilə matçdan sonra, yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, “Xəzər Lənkəran”a qarşı oynamaq bizim üçün çətin olacaq. Rəqibin heyətindəki gənc və istəkli futbolçular, məncə, tam güclərini ortaya qoydular. Onlardan xoşum gəldi. Futbolçularımdan ciddi narazılığım yoxdur. Uzun yoldan sonra futbolçularım yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir”.