Topaz Premyer Liqasının XXXIII turu “Qəbələ” üçün uğurlu alındı. Komanda səfərdə “Sumqayıt”ı 2-0 hesabı ilə məğlub etdi.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Deyərdim ki, güclü oyun nizam-intizamı olan bir komandaya qarşı mübarizə apardıq. “Qəbələ”nin uğurlu seriyası təsadüfi deyil. Çox keyfiyyətli oyunçulara malik bir komandaya qarşı çıxış etdik. İlk hissədə futbolçularım sanki yatmışdılar. Çox səhvlər etdik. İkinci hissədə yaxşı mübarizə aparsaq da, bu məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Çalışacağıq ki, bu oyunu unudub qarşıdakı çətin matça hazırlaşaq”.