"Xəzər Lənkəran"ın müdafiəçisi: "Qarabağ"ın Lənkəranda çempion olmasına yol verə bilməzdik"

21:23 8 May 2015

Bu gün baş tutan "Xəzər Lənkəran" -  "Qarabağ" oyununda qalib müəyyən olunmadı. Gərgin keçən görüşdə komandalar hərəyə bir dəfə fərləndi.

 

SportArena.az olaraq, matçdan sonra cənub komandasının heyətində ən fəal futbolçulardan olan Elvin Mirzəyevlə əlaqə saxladıq. Futbolçu oyunu belə şərh etdi:

 

"Hakimin idarəçiliyindən razı qaldım. Çünki, ikili mübarizələrə imkan verirdi. Bu çox gözəl haldır. Hər bir hakimimiz belə oyun idarə etsə, mübarizə aparmağa imkan versə, məncə, futbolçular çox sevinər.

Bu gün "Qarabağ" qələbə qazansaydı, çempion olardı. Biz də yola vermək istəmədik ki, hansısa komanda bizim meydanda çempion olsun. Eyni zamanda qalib gəlmək istiyirdik, bunun üçün çox çalışdıq. Amma istəyimizə çata bilmədik. Buna baxmayaraq, heç-heçə də pis nəticə deyil. Əsas odur ki, məğlub olmadıq. Baş məşqçi bizdə həvəs yaratmışdı bu oyun üçün. Buna görə də meydana həvəslə çıxmışdıq. İndi qarşıdakı oyunlar haqqında düşünməliyik. Məncə, belə oynasaq son turlarda qələbələr qazana bilərik".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti