Bir qədər öncə sona çatan "İnter" - "Neftçi" oyununda biabır olan "Neftçi" komandası, azarkeşlər tərəfindən də tənqidə məruz qaldı. Belə ki, "Neftçi"li fanatlar "istefa, istefa" qışqırmaqla, Arif Əsədovu və futbolçuları istefaya səsləndiriblər.
SportArena.az-ın oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, matçın gedişatı zamanı, polislə "Neftçi" azarkeşləri arasında insident yaşanıb və bəzi fanatlar polis tərəfindən harasa aparılıb.