"İnter Arena"da keçirilən oyunun 66-cı dəqiqəsində Rauf Əliyevin penaltini qola çevirə bilməməsi sonra daha da aqressivləşən "Neftçi" fanatlarının hamısı tribunadan qovuldu. Polislər xoşagəlməz olayların qarşısını almaq üçün bu addımı atdı. Amma yaxşı olardı ki, komandanın zəif oyununa etiraz edən azarkeşlər zor gücünə deyil, yaxşı oyunla susdurulardı. Təəssüf ki, "Neftçi" hazırda bunu bacara bilmədi.