"İnter Arena"da keçirilən oyunda gərgin anlar yaşanıb. Belə ki, ikinci hissəsinin gedişində meydan sahiblərinin vurduğu 2- ci qoldan dərhal sonra "ağ-qaralar"ın azarkeşləri "formanı çıxarın, rədd olun gedin" və "istefa" şüarlarını səsləndiriblər.
İkinci hissəsində meydan sahiblərinin vurduğu 3-cü qoldan sonra qonaq komandanın tərəfdarları daha da aqressivləşib. Onlar baş məşqçini və futbolçuları təhqir etməkdən belə çəkinməyib. Fanatlar bu görüntüləri telefonun yaddaşına köçürən əməkdaşımıza hücum çəkiblər. Polisin müdaxiləsindən sonra jurnalistlərin və qonaqların əyləşdiyi lojaya tərəf şığıyan həmin bir qrup azarkeşlər stadiondan çıxarılıb.