"Xəzər Lənkəran"ın idman direktoru: "Yəqin ki, həmin anda baş hakim mandraja düşüb"

10:13 9 May 2015

Dünən baş tutan "Xəzər Lənkəran" - "Qarabağ" matçında hakimin meydanda etdikləri də gözdən qaçmadı. Belə ki, baş hakim Orxan Məmmədov ilk olaraq qətiyyətlə penalti təyin etsə də, sonradan bu qərarını dəyişdi.

 

SportArena.az olaraq, cənub klubunun idman direktoru Yunis Hüseynovla əlaqə saxlayıb, hakimliklə bağlı fikirini öyrəndik:

 

"Hakimin idarəçiliyi deyən də ki, bir təhər etdi də. Qərar dəyişməsinə gəlincə, olur arada elə şeylər. Yəqin ki, həmin anda baş hakim mandraja düşüb".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti