Xəbər verdiyimiz kimi, dünən baş tutan "Xəzər Lənkəran" - "Qarabağ" matçında hər iki tərəfin azarkeşləri arasında insident yaşanmışdı.
SportArena.az olaraq, cənub klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb, məsələ haqqında soruşduq:
"Mən "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla birgə azarkeşlərin yanına getdik və məsələnin nə yerdə olduğunu öyrəndik. Orada bizim fanatlarla "Qarabağ"lılar arasında heç bir problem olmayıb. Sadəcə olaraq, qonaq azarkeşlər polislə kiçik mübahisə edib və tərəflər sonrada problemi aradan qaldırıblar".
Cavid ƏHMƏDOĞLU