Dünən baş tutan "İnter" - "Neftçi" matçında evsahibi komanda 4:0-lıq qələbə ilə "Qarabağ"a daha da yaxınlaşdı.
SportArena.az olaraq, "Neftçi"nin yarımmüdafiəçisi Erik Ramosdan oyun haqqında fikirlərini öyrəndik:
"Bu günkü oyuna yaxşı hazırlaşmışdıq, amma oyunumuz heç cür alınmırdı. İlk hissədə fəallıq nümayiş etdirsək də, ikinci hissədə fərqli oyun alındı. Demk olar kı, bizim üçün çempionat başa çatıb. İndiki vəziyyətdə 3-cü yerə çıxa bilməyimiz də asan məsələ deyil".