"Neftçi" və "Qarabağ" futbol klubları arasında keçiriləcək Azərbaycan kubokunun final görüşündə atəşfəşanlıq olacaq.
SportArena.az xəbər verir ki, kubok Qəbələ şəhər stadionuna helikopterlə endiriləcək. Artıq bununla bağlı hazırlıq işləri görülür. Stadionda əlavə tribunalar, oyunun çəkilişini aparacaq kameralar üçün yerlər və mükafatlandırma mərasimi üçün səhnə quraşdırılacaq. Oyundan sonra mükafatlandırma mərasimi baş tutacaq. Tədbir atəşfəşanlıqla yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan kubokunun final görüşü iyunun 3-də baş tutacaq.