“2016-cı ildə Kosova Futbol Federasiyası FİFA və UEFA-ya qəbul ediləcək”.
SportArena.az xəbər verir ki, bu açıqlama ilə Albaniya Futbol Federasiyasının prezidenti Armando Duka çıxış edib.
Onun sözlərinə görə, Kosova 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində iştirak edəcək. Duka artıq bununla bağlı UEFA rəhbərliyi ilə də danışıqlar apardığını bildirib.