Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib.
SportArena.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 2015-2016-cı il mövsümündə UEFA-nın klub və “Premyer Liqa” yarışlarında iştirak etmək üçün müraciət etmiş 16 klubun (AZAL PFK, “Bakı” FK, “Xəzər Lənkəran” FK, “İnter” PİK, “Kəpəz” PFK, “Qarabağ” FK, “Qaradağ-Lökbatan” FK, “Qəbələ” İK, “Neftçala” FK, “Neftçi” PFK, “Rəvan” FK, “Simurq” PİK, “Sumqayıt” FK, “Şuşa-Qarabağ” FK, “Turan Tovuz” İK, “Zirə” PFK ) sənədlərinə baxılıb.
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 9-cu maddəsinə (Buraxılış 2014) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
AZAL PFK, "Xəzər Lənkəran" FK, "İnter" PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK.
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Simurq” PİK.
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “Azərbaycan futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 9-cu maddəsinə (Buraxılış 2014) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. Azərbaycan futbol “Premyer Liqa” yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Kəpəz" PFK, “Simurq” PİK, “Sumqayıt” FK, "Zirə" PFK.
2. Azərbaycan futbol “Premyer Liqa” yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Bakı” FK, “Qaradağ-Lökbatan” FK, “Neftçala” FK, “Rəvan” FK, “Şuşa Qarabağ” FK, “Turan Tovuz” İK.
Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 13-cü maddəsinə müvafiq olaraq, 2015-2016-cı il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan “Premyer Liqa” yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.